14 May 2024
Kilsəyə hücum edən İŞİD-çilər əqli qüsurlu şəxsi öldürüblər - VİDEO

Kilsəyə hücum edən İŞİD-çilər əqli qüsurlu şəxsi öldürüblər - VİDEO

29 Yanvar 2024
Baxış: 513

İstanbulun Sarıyer Büyükdere səmtində yerləşən Santa Mariya kilsəsinə bazar günü ayini zamanı silahlı basqın edən tacik və rus əsilli iki şəxs yaxalanıb.

Bunu ictimaiyyətə ölkənin Daxili İşlər Naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, İstanbuldakı hücumdan sonra 30 ünvana təşkil edilən basqınlarda 47 nəfər də saxlanılıb. Nazir həmçinin qeyd edib ki, hər iki şəxsin İŞİD terror təşkilatının üzvü olduğu ehtimal olunur.

Məlumat üçün bildirək ki, İstanbudakı kilsəyə hücum zamanı 1972-ci il təvəllüdlü Tuncer Cihan adlı şəxs həyatını itirib.

Mərhum Cihanın bacısı Özlem Cihan “Hürriyyət”ə deyib ki, qardaşı əqli qüsurlu şəxs olub: “Tuncer 80 faiz əqli qüsurlu şəxs idi, hətta həkim hesabat verəndə onun mələk olduğunu demişdi. O, 5 yaşlı uşaq ağlına malik idi. O, təqaüd alır və subay idi. Anamın yanında qalırdı. Bu gün o, 2 aydır getdiyi bu kilsəyə gəlib. Camaat da onu çox sevirdi. O, kilsədə vaxt keçirir və yemək yeyirdi. Mələk kimi birini öldürdülər. Hələ anama deməmişik, övladının ayağını əməliyyat etdirəcəyini düşünür”. Musavat.com