07 May 2024
Kennedinin qardaşı oğlu MKİ-ni ABŞ Prezidentinin qətlində əli olmaqda ittiham edib

Kennedinin qardaşı oğlu MKİ-ni ABŞ Prezidentinin qətlində əli olmaqda ittiham edib

08 May 2023
Baxış: 505

ABŞ prezidentliyinə namizəd hüquqşünas, ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu olan kiçik Robert Kennedi müsahibəsində 1963-cü ildə dövlət başçısına sui-qəsddə ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əli olduğunu bildirib.

Bu barədə o “New York Post”a danışıb.

“Onun qətlində MKİ-nin əli olduğuna dair güclü dəlillər var. Hesab edirəm ki, hazırda bu, ağlabatan şübhələrdən kənardadır”, - siyasətçi bildirib.

Kennedinin sözlərinə görə, Amerika kəşfiyyatı təkcə qətldə deyil, həm də cinayətin “izlərini ört-basdır etməkdə” iştirak edib.

Teqlər: