14 May 2024
Kəmaləddin Heydərov mərhum müğənninin qızını himayəsinə götürdü - VİDEO

Kəmaləddin Heydərov mərhum müğənninin qızını himayəsinə götürdü - VİDEO

20 Fevral 2024
Baxış: 295

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mərhum əməkdar artist Aygün Bəylərin övladı Canan Hümmətovanı himayəsinə götürüb.

AJMEDİA.İNFO "Unikal"a istinadən xəbər verir ki, nazir Cananın xərclərini qarşılayıb. C.Hümmətova Bakı şəhərində yerləşən 20 saylı orta məktəbdə 8-ci sinifdə təhsil alırdı. K.Heydərov bundan sonra sənətçinin qızının Avropa Azərbaycan Məktəbində oxumasını məsləhət görüb və illik təhsil haqqını da ödəyib.

Qeyd edək ki, Aygün Bəylər Kəmaləddin Heydərovun bəstələdiyi bir neçə məşhur mahnının ifaçısı olub. Bunlar “Qalanı xatirədir”, “Özün günahkarsan”, “İlahi”, “Nə Yaxşı ki, Sən Varsan” mahnılarıdır.

Xatırladaq ki, Avropa Azərbaycan Məktəbi Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur.