09 May 2024
Kəlbəcərdə Ordumuzun qarşısına çıxan şirkətə sanksiya...

Kəlbəcərdə Ordumuzun qarşısına çıxan şirkətə sanksiya...

28 Fevral 2024
Baxış: 341

Ermənistanda aktivlərə malik olan Rusiya şirkəti Geopromining MMC ABŞ-ın sanksiyalarına məruz qalıb.

AJMEDİA.İNFO Globalinfo.az-a istinadən xəbər verir ki, Vaşinqtonun təqdim etdiyi yeni anti-Rusiya sanksiyalar paketində bu şirkətin də yer aldığı bildirilir.

Məlumata görə, sözügedən şirkətin Ermənistandakı aktivlərinə Zəngəzur Mis Molibden Kombinatı, Zodda yerləşən qızıl mədəninin istismarı da daxildir.

Qeyd edək ki, “Geopromining” şirkətinin işğal dövründə Kəlbəcərdəki qızıl yataqlarını qanunsuz şəkildə istismar etdiyinə dair məlumatlar var. Hətta Vətən müharibəsi ərəfəsində şirkətin Kəlbəcərin azad olunması və qızıl yataqlarına nəzarəti itirməkdən qorxduğu üçün əraziyə çox sayda silah və muzdlu topladığı da iddia edilir.