01 May 2024
Kanadada Ukraynaya məxsus və İranda vurulan təyyarənin məlumatlarının təhlili aparılıb

Kanadada Ukraynaya məxsus və İranda vurulan təyyarənin məlumatlarının təhlili aparılıb

24 İyul 2020
Baxış: 471

Beynəlxalq ekspertlər qrupu yanvar ayında Tehran yaxınlığında vurulan Ukraynanın “Boeing 737” təyyarəsinin uçuş qeydlərindən alınan məlumatların ilkin təhlilini tamamlayıb.

AJM xəbər verir ki, bu barədə Kanada Nəqliyyat Təhlükəsizliyi Bürosu məlumat yayıb.

Məlumata görə, təyyarənin “qara qutular”ından alınan məlumatların deşifrə edilməsi iyulun 21-də Parisdə başlayıb.

“Məlumatların yüklənməsi və ilkin təhlili hərtərəfli və şəffaf bir araşdırmanın aparılmasının vacib mərhələsi idi. Parisdəki işlər başa çatıb, lakin istintaqın sonuna hələ çox var. Cavab veriləcək bir çox vacib suallar var”, - deyə büronun rəhbəri Keti Foks bildirib

Teqlər: Kanada