01 May 2024
Kanadada atışma zamanı iki nəfər ölüb

Kanadada atışma zamanı iki nəfər ölüb

06 Sentyabr 2021
Baxış: 398

Kanadanın Saskaçevan əyalətində yerli əhalinin yaşadığı yaşayış məntəqələrindən birində baş verən atışma nəticəsində iki nəfər ölüb, biri yaralanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb.

Hadisə Saskatun şəhərindən 180 km şimal-şərqdə yerləşən Ceyms-Smit yaşayış məntəqəsində baş verib. İlkin məlumata görə, atışmaya məişət münaqişəsi səbəb olub. Ölənlərdən biri kişi, digərisi isə qadındır, başqa bir kişi xəstəxanaya yerləşdirilib.

Polis hadisə yerindən avtomobillə yayınan 33 yaşlı şübhəli şəxsi axtarır.