15 May 2024
Kadırov Mahaçqalada baş vermiş kütləvi iğtişaşlarla bağlı: “Dördüncü gülləni alnına vurun”

Kadırov Mahaçqalada baş vermiş kütləvi iğtişaşlarla bağlı: “Dördüncü gülləni alnına vurun”

31 Oktyabr 2023
Baxış: 362

Avqustun 29-da Mahaçqalada baş vermiş kütləvi iğtişaşlarla bağlı geniş hökumət müşavirəsi zamanı Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Qvardiyasının və Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndələrinə müraciət ünvanlayıb.

AJMEDİA.İNFO-nun məlumatına görə, Kadırov qeyd edib ki, kütləvi iğtişaşların iştirakçıları saxlanılmalıdır, lakin onlara qarşı odlu silahdan da istifadə etmək mümkündür.

“Ara qarışdıranlar dərhal tutulmalıdırlar. Amma başqa variant da var. Ya da havaya üç dəfə xəbərdarlıq atəşi açın və bundan sonra həmin şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun. Belə olduqda onlar bir daha iğtişaş keçirməyəcəklər. Bu, mənim əmrimdir”, - deyə Çeçenistan rəhbəri bildirib.

Mənbə: News.ru