14 May 2024
İyulda itkin düşən Daşkəsən sakinlərinin meyitləri tapılıb

İyulda itkin düşən Daşkəsən sakinlərinin meyitləri tapılıb

24 Sentyabr 2021
Baxış: 539

Daşkəsən rayon Polis Şöbəsinin və ANAMA əməkdaşlarının iştirakı ilə keçirilən axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlanıb.

AJMEDİA.İNFO xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hava şəraiti ilə bağlı onların nəşinin ərazidən çıxarılması hələlik mümkün olmayıb.