14 May 2024
İstefa verən polkovnikin atası Prezident Administrasiyasında yüksək vəzifəli şəxs imiş - FOTO

İstefa verən polkovnikin atası Prezident Administrasiyasında yüksək vəzifəli şəxs imiş - FOTO

18 Yanvar 2023
Baxış: 300

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi gömrük xidməti polkovniki Əliyev Fərid Əlibaba oğlu ərizə yazaraq vəzifəsindən ayrılıb.


AJMEDİA.İNFO Manset.az-a istinadən xəbər verir ki, vəzifəsindən istefa verən Fərid Əliyev yüksək vəzifəli şəxsin oğludur. Belə ki F.Əliyevin atası atası Əlibaba Əliyev Sabunçu Rayonu İcra hakimiyətinin keçmiş başçısıdır. O, hazırda Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışır.

F. Əliyev bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. Onun 36 yaşı var.

Qeyd edək ki, Fərid Əliyevin işdən çıxması haqda ilk məlumatı Qafqazinfo.az saytı yayıb.