15 May 2024
İsrailin Sderot şəhəri atəşə MƏRUZ QALDI

İsrailin Sderot şəhəri atəşə MƏRUZ QALDI

18 Oktyabr 2023
Baxış: 521

Qəzza zolağında qərarlaşan HƏMAS döyüşçüləri İsrailin cənubunda yerləşən Sderot şəhərini və sərhəd kəndləri raket atəşinə tutublar.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail mətbuatı xəbər yayıb.

Hələlik İsrail tərəfi raket hücumu nəticəsində zərər çəkən şəxslər və infrastruktur barədə məlumat yaymayıb.

Qeyd edək ki, İsrailin cənubunda yerləşən Sderot şəhəri Fələstin tərəfindən ən çox atəşə tutulan yaşayış məntəqələrindən biridir.

Mənbə: Newsru.co.il