16 Aprel 2024
İsrailin Qəzzada müharibəyə sərf etdiyi vəsait AÇIQLANDI

İsrailin Qəzzada müharibəyə sərf etdiyi vəsait AÇIQLANDI

28 Fevral 2024
Baxış: 268

İsrail Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlara təxminən 65 milyard dollar vəsait xərcləyib.

AJMEDİA.İNFO xəbər verir ki, bu açıqlama ilə Knessetin vitse-spikeri, “Bizim evimiz İsrail” partiyasından olan deputat Yevgeni Sova çıxış edib.

O qeyd edib ki, İsrail hökuməti hərbi əməliyyatlara xərclədiyi vəsaiti büdcə kəsirini artırmaqla doldurmağı planlaşdırır.

Xatırladaq ki, ötən il oktyabrın 7-də Fələstinin radikal HƏMAS qrupu İsrailin cənubuna hücum edib və bu hücum nəticəsində 1 200-dən çox israilli qətlə yetirilib.

İsrail rəsmiləri bildiriblər ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir. HƏMAS həmin hücumda 240-dan çox israillini girov götürüb.

İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başlayıb, anklava hava zərbələri endirib.

24 oktyabrdan etibarən İsrail Qəzzada yerüstü hərbi əməliyyatlara başlayıb.

Mənbə: İzvestiya