14 May 2024
İsrailin müdafiə naziri: "İranla müharibə son həll yolu olmalıdır"

İsrailin müdafiə naziri: "İranla müharibə son həll yolu olmalıdır"

22 İyul 2022
Baxış: 486

İsrailin müdafiə naziri Beni Qantz hərbi gücdən istifadənin son çıxış yolu olduğuna ümid edib və ölkəsinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün yetərli gücə sahib olduğunu bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, Amerikanın “Atlantik” jurnalının redaktoru Cefri Qoldberqə müsahibə verən Qantz İranın nüvə silahı yaratmaq qabiliyyətini İsrailin varlığına təhlükə kimi dəyərləndirib.

O, belə bir hadisənin qarşısını almaq üçün lazım gələrsə, hərbi əməliyyatlar apara biləcəklərini, belə bir gücə malik olduqlarını və bundan son çıxış yolu kimi istifadə edəcəklərini vurğulayıb. Beni Qantz bu məsələdə Amerikanın dəstəyini alacaqlarına ümid etdiyini bəyan edib.

Xatırladaq ki, İsrailin müdafiə naziri iyunun ortalarında ölkəsinin Amerikanın dəstəyi ilə regional hava koalisiyası yaratmaqda olduğunu bildirmişdi.