01 May 2024
İsrailin Müdafiə naziri casus proqramı ilə bağlı FRANSAYA GEDİR

İsrailin Müdafiə naziri casus proqramı ilə bağlı FRANSAYA GEDİR

27 İyul 2021
Baxış: 722

İsrail müdafiə naziri Benni Qants Fransaya gedir.

AJMEDİA.İNFO The Times of İsrailə istinadən xəbər verir ki, nazir səfər çərçivəsində Parisdə Fransanın Müdafiə naziri Florens Parli ilə görüşəcək.

Məlumata görə, Qantsın səfəri uzun sürməyəcək.. Tərəflər strateji təhlükəsizlik dialoqu aparacaq, Livandakı vəziyyəti, İranın nüvə proqramı və “Pegasus” casus proqramı ətrafındakı skandalı müzakirə edəcəklər.

Xatırladaq ki, ötən gün Fransa Prezidenti Makron casus proqramı ilə bağlı İsrailin Baş Naziri Naftali Bennettlə telefon danışığı aparmışdı.