01 May 2024
İsrailin İrandakı "casusluq fəaliyyətləri" ilə bağlı YENİ İDDİA

İsrailin İrandakı "casusluq fəaliyyətləri" ilə bağlı YENİ İDDİA

01 İyul 2022
Baxış: 357

“İsrailin casus şəbəkəsi İranın təhlükəsizlik dairələrinə dərindən nüfuz edib”.

AJMEDİA.İNFO-nun məlumatına görə, “New York Times” öz mənbələrinə əsaslanaraq bu iddia ilə çıxış edib.

Nəşr ötən həftə İranın kəşfiyyat rəhbəri, 59 yaşlı Hüseyn Taibin qəfil işdən çıxarıldığını xatırladaraq bunu İsrailin İranda artan casusluq fəaliyyəti ilə əlaqələndirib. Bundan başqa, İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri Əli Nasirinin də İsrailin xeyrinə casusluq etdiyi səbəbi ilə gizli şəkildə həbs olunduğu iddia olunub.

Xəbərdə o da bildirilib ki, İran Müdafiə Nazirliyinin raket inkişafı idarəsindən də bir çoxları gizli hərbi məlumatları İsrailə sızdırdıqları üçün saxlanılıblar.