10 May 2024
"İsraili müdafiə etmək, Vaşinqtonun maraqlarını..." - ABŞ-dən MÜHÜM AÇIQLAMA

"İsraili müdafiə etmək, Vaşinqtonun maraqlarını..." - ABŞ-dən MÜHÜM AÇIQLAMA

07 Noyabr 2023
Baxış: 656

Pentaqon ABŞ-nin Yaxın Şərqdəki 4 əsas məqsədini açıqlayıb.


AJMEDİA.İNFO Sfera.az-a istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibi Patrik Rayder verdiyi açıqlamada Vaşinqtonun regiondakı prioritetlərindən danışıb.


Onun sözlərinə görə, ABŞ-nin regionda əsas məqsədi mövqeyini qorumaq və İsraili müdafiə etməkdir.


Pentaqon rəsmisi digər məqsədlərini də açıqlayıb: “Vaşinqtonun prioritetləri ABŞ Silahlı Qüvvələrini, regiondakı Amerika vətəndaşlarını qorumaq, İsrailə təhlükəsizlik yardımı göstərmək və HƏMAS tərəfindən saxlanılan girovları azad etməkdir. ABŞ həmçinin münqaişəli vəziyyətin Qəzza zolağından kənara çıxmasının qarşısını almağa çalışır”.


Rayder söyləyib ki, İsrail və HƏMAS arasında münaqişənin baş verməsindən sonra ABŞ-nin İraq və Suriyadakı hərbi bazalarına hücumlar artıb. Pentaqon rəsmisi bu hücumları zərərsizləşdirmək üçün Yaxın Şərqə daha 300 hərbçi göndəriləcəyini bildirib.