15 May 2024
İsraildə uşaqların peyvəndlənməsinə BAŞLANILDI

İsraildə uşaqların peyvəndlənməsinə BAŞLANILDI

24 Noyabr 2021
Baxış: 524

İsraildə dünəndən rəsmi olaraq 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvəndlənməsinə başlanılıb.

AJMEDİA.İNFO yerli KİV-ə istinadən xəbər verir ki, rəsmilərin verdiyi məlumata görə, dünən 440-dək uşaq peyvənd olunub, bu günə isə 24 min uşaq (sözügedən yaş qrupunun 2,5 faizi) bron edilib. O cümlədən Baş nazir Naftali Bennetin oğlu Davidə də günorta saatlarında iynə vurulacağı gözlənilir.

Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək ölkədə 6,26 milyon nəfərə birinci doza, 5,76 milyon insana ikinci doza, 4,1 milyon nəfərə üçüncü doza dərman vurulub.

Xatırladaq ki, 12 yaşdan yuxarı yeniyetmələrin peyvəndlənməsinə iyun ayında start verilmişdi.