01 May 2024
İsraildə TERROR AKTI - Ölən və yaralananlar VAR

İsraildə TERROR AKTI - Ölən və yaralananlar VAR

28 Mart 2022
Baxış: 646

Naməlum şəxslər İsrailin Hadera şəhərinin Herbert Samuel küçəsində iki yerli sakini odlu silahdan atəş açaraq öldürüblər.

Bu barədə AJMEDİA.İNFO “News.israelinfo”ya istinadən xəbər verir.

Məlumata görə, terror aktı zamanı 2 nəfər həlak olub, daha 6 nəfər yaralanıb. Hadisəni törədənlər polisin açdığı atəşlə zərərsizləşdiriliblər.

Yaralıların hamısı hadisə zamanı ətrafda gəzən insanlardır, terror aktının ilk zərərçəkənləri polis əməkdaşları olub.

Terrorçular təhlükəsizlik xidmətinin yaxınlıqda olan mülki geyimli komandoları tərəfindən güllələnib.