12 May 2024
İsraildə hərbi helikopter QƏZAYA DÜŞDÜ - Polkovnik-leytenant və kapitan HƏLAK OLDU

İsraildə hərbi helikopter QƏZAYA DÜŞDÜ - Polkovnik-leytenant və kapitan HƏLAK OLDU

04 Yanvar 2022
Baxış: 464

İsrailin şimalında yerləşən Hayfa şəhəri sahillərində “Eurocopter AS565 Panther” hərbi helikopteri qəzaya düşüb.

AJMEDİA.İNFO-nun xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Helikopterin göyərtəsində 3 pilot olub, onlardan ikisi – polkovnik-leytenant və kapitan həlak olub. Digər pilot – kapitan isə ağır yaralanıb.

Bildirilir ki, helikopter yanvarın 3-də axşam saatlarında Hərbi Hava Qüvvələrinin Ramat- Daviddəki aviabazasından Hayfa sahillərində təlim uçuşu üçün havaya qalxıb. Naməlum səbəbdən dənizə düşüb.

Faktla bağlı araşdırma aparılır.