13 May 2024
İsrail yeni dron hazırladı: "HERO" - Rusiya tankını anında vurdu

İsrail yeni dron hazırladı: "HERO" - Rusiya tankını anında vurdu

24 Noyabr 2021
Baxış: 921

İsraildə müasir “T-90S” tankını vura bilən kamikadze dronun istehsalına başlanılıb.

AJMEDİA.İNFO bizim.media-ya istinadən xəbər verir ki, “UVision” müdafiə sənayesi şirkəti tərəfindən hazırlanan dron “HERO” adlanır.

Sınaqlar zamanı “HERO” Rusiyanın müasir tankı hesab edilən “T-90S” sıradan çıxara bilib.

Yeni dron bir çox üstünlüklərə malikdir. Silah müasir elektron sistemlər və zirehdeşici mərmi ilə təchiz edilib.

“HERO” hərəkət edən hədəfləri idarəetmə və avtanom rejimdə tapıb məhv edir.

Qeyd edək ki, bu barədə “Defence Blog” xəbər yayıb.