01 May 2024
İsrail və Fransa rəsmiləri BU MƏSƏLƏ ilə bağlı GİZLİ GÖRÜŞDÜLƏR

İsrail və Fransa rəsmiləri BU MƏSƏLƏ ilə bağlı GİZLİ GÖRÜŞDÜLƏR

22 Oktyabr 2021
Baxış: 580

İsrail və Fransa İsrailin “NSO Qrupuna” məxsus “Pegasus” adlı casus proqramı ilə bağlı böhrana son qoymaq üçün gizli görüş keçiriblər.

AJMEDİA.İNFO İsrailin “Walla news” portalına istinadən xəbər verir ki, İsrailin Nazirlər Kabinetinin milli təhlükəsizlik müşaviri Eyal Hulata bir neçə gün əvvəl Parisə gizli səfər edib.

Məlumata əsasən, Eyal Hulata Parisdə Fransa Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Emmanuel Bon ilə “Pegasus” casus proqramını müzakirə edib.

Görüşdə Haluta Emmanuel Bona sözügedən proqram ilə bağlı İsrailin həyata keçirdiyi araşdırma ilə bağlı məlumat verib. O, həmçinin proqram səbəbindən Tel-Əviv və Paris arasında yaşanan böhrana son qoymaq üçün bir təklif irəli sürüb.

Qeyd edək ki, bir müddət əvvəl məlum olub ki, “Pegasus” casus proqramı Fransa Prezidenti Emmanuel Makronun 2017-ci ildən bu yana istifadə etdiyi mobil telefonu da izləməyə cəhd edib. Fransa Prezidenti sözügedən telefonu əsasən jurnalistlərlə əlaqə qurmaq üçün istifadə edib.

“Pegasus” Android və iOS əməliyyat sistemlərini yoluxduran proqramdır, xüsusi xidmət orqanlarına imkan verir ki, istifadəçinin bütün telefon danışıqlarını, elektron poçtunu, telefonundakı faylları izləsin, qurğusu mikrofonu və kameranı işə salsın, habelə qurğu sahibinin hərəkətlərini nəzarətdə saxlasın.

“The Washington Post”un yazdığına görə, casus proqramı 85 fəal, 189 jurnalist, 600-dan çox siyasətçi, bir sıra hökumət üzvləri, dövlət başçıları və nazirlərin telefonlarında quraşdırılıb.