08 May 2024
İsrail və ABŞ bu məsələ ilə bağlı birgə HƏRƏKƏTƏ KEÇİR

İsrail və ABŞ bu məsələ ilə bağlı birgə HƏRƏKƏTƏ KEÇİR

17 Yanvar 2022
Baxış: 498

İsrail hökuməti və ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) kosmosun, xüsusən də Ay və Marsın, eləcə də asteroid və kometaların birgə tədqiqi ilə bağlı “Artemida razılaşmaları” adlanan sənədlərini imzalamağa hazırlaşırlar.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Yair Lapid öz Tvitter səhifəində yazıb.

O qeyd edib ki, həmin sənədlərin imzalanması iki ölkə arasında kosmik sektorda ticarət-iqtisadi əməkdaşlığın səviyyəsini yüksəldəcək.