15 May 2024
İsrail Ukraynaya silah verəcək? - Benyamin Qansdan MÜHÜM AÇIQLAMA

İsrail Ukraynaya silah verəcək? - Benyamin Qansdan MÜHÜM AÇIQLAMA

19 Oktyabr 2022
Baxış: 456

“İsrail Ukraynanı dəstəkləyir, lakin əvvəl də olduğu kimi, onu silah sistemləri ilə təmin etmək niyyətində deyil”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri İsrail dövlətinin müdafiə naziri Benyamin Qans deyib.

Onun sözlərinə görə, İsrail Ukraynaya tibbi və humanitar yardım göstərir və gələcəkdə də bu xəttə sadiq qalmaq niyyətindədir.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İsraildən hava hücumundan müdafiə sistemlərini almaq istədiklərini bildirmişdi.

Mənbə: TASS