10 May 2024
İsrail səfiri Xocalı soyqırımı ilə bağlı BAŞSAĞLIĞI VERDİ

İsrail səfiri Xocalı soyqırımı ilə bağlı BAŞSAĞLIĞI VERDİ

26 Fevral 2024
Baxış: 296

"Bu gün biz 1992-ci ildə Xocalıda qətlə yetirilən qurbanları yad edirik. İsrail adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm".

AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı soyqırımının 32-ci il dönümü ilə bağlı "X" hesabında paylaşımında bildirib.



Diplomat qeyd edib ki, onun ölkəsi də bu ağrını anlayır: "Uşaqlar, qadınlar və qocalar da daxil olmaqla günahsız həyatların anlamsız şəkildə qətlə edilməsinə şahid olmağın dəhşətini anlayırıq. İstər 1992-ci ilin fevralında, istərsə də 2023-cü ilin oktyabrında bu cür vəhşiliklər bizi ədalətsizlik və nifrətlə mübarizəni davam etdirməyə və ümumi insanlığı qorumağa məcbur edir", - səfir deyib.