14 May 2024
İsrail Qəzzada oğurlanmış girovun cəsədinin tapıldığını AÇIQLADI

İsrail Qəzzada oğurlanmış girovun cəsədinin tapıldığını AÇIQLADI

15 Dekabr 2023
Baxış: 320

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən qaçırılan girovun cəsədini aşkarlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Qəzzada keçirilən əməliyyat zamanı 28 yaşlı girov Elia Toledanonun cəsədi ordunun xüsusi təyinatlıları tərəfindən aşkar edilərək İsrailə aparılıb”, - deyə məlumatda bildirilib.

“Bizim milli missiyamız itkin düşənləri tapmaq və bütün girovları evlərinə qaytarmaqdır. Biz təhlükəsizlik orqanları ilə birlikdə bütün girovların qaytarılması üçün bütün kəşfiyyat və əməliyyat vasitələrindən istifadə edərək işləyirik”, - deyə mətbuat xidməti əlavə edib.