14 May 2024
"İsrail Qəzza zolağının cənubundakı əhalini təxliyə edir" - BMT

"İsrail Qəzza zolağının cənubundakı əhalini təxliyə edir" - BMT

21 Dekabr 2023
Baxış: 372

İsrail hakimiyyəti Qəzza zolağının cənubundakı əhalinin təxliyəsi barədə göstəriş verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

“Dekabrın 20-də İsrail hərbçiləri dərhal təxliyə edilməli olan yeni ərazi təyin edib, o, Xan Yunis şəhərinin mərkəzi və cənub hissələrinin 20%-ni əhatə edir”, - deyə departamentin mətbuat xidmətinin bəyanatında bildirilib.
Qeyd edək ki, İsrail hərbçilərinin təyin etdiyi ərazidə Qəzza zolağının şimal hissəsini tərk etməyə məcbur olan 141 mindən çox məcburi köçkünün yerləşdirildiyi 32 sığınacaq var.

Mənbə: TASS