14 May 2024
İsrail PUA-ları iranyönümlü dəstənin HƏRBİ KARVANINI VURDU

İsrail PUA-ları iranyönümlü dəstənin HƏRBİ KARVANINI VURDU

10 Noyabr 2022
Baxış: 451

İsrail ordusu pilotsuz uçuş aparatlarından istifadə edərək iranyönümlü yaraqlıların hərbi karvanına hücum edib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə bu gecə İraqın Suriya ilə sərhədi yaxınlığında baş verib.

Hücuma məruz qalan hərbi karvan Suriya ərazisindən keçməklə Livana tərəf istiqamət alıb. Məqsəd Livan ərazisində fəaliyyət göstərən hərbi qruplara silah çatdırmaq olub.

Hələlik hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Mənbə: Newsru.co.il