10 May 2024
İsrail ordusu Qəzza sakinlərinin təxliyə planını TƏQDİM ETDİ

İsrail ordusu Qəzza sakinlərinin təxliyə planını TƏQDİM ETDİ

26 Fevral 2024
Baxış: 307

İsrail Müdafiə Qüvvələri ölkənin hərbi-siyasi rəhbərliyinə Qəzza zolağındakı döyüş bölgələrindən əhalinin təxliyə planını təqdim edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.

“Hərbi-siyasi rəhbərliyin iclasında İsrail ordusu Qəzzadakı döyüş bölgələrindən əhalinin təxliyəsi planını və gələcək əməliyyat planlarını təqdim edib. Qəzza zolağına humanitar yardımın tədarükü planı da təsdiqlənib, bu plan Qəzza zolağının şimalında və digər ərazilərdə baş verən oğurluqları istisna edir”, - məlumatda deyilir.

B.Netanyahu bildirib ki, o, Qəzza zolağının cənubundakı Rəfah şəhəri ilə bağlı fəaliyyət planını, o cümlədən mülki əhalinin ərazidən çıxarılmasını hökumətin təsdiqinə təqdim edəcək.

Mənbə: TASS