15 May 2024
İsrail Ordusu MƏLUMAT YAYDI: "HƏMAS-ın 11-12 batalyonu..."

İsrail Ordusu MƏLUMAT YAYDI: "HƏMAS-ın 11-12 batalyonu..."

23 Noyabr 2023
Baxış: 362

Qəzza zolağının şimalında gedən döyüşlər nəticəsində İsrail ordusu HƏMAS-ın 12-yə qədər batalyonunu məhv edib.

AJMEDİA.İNFO bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) sözçüsü Conatan Konrikus məlumat verib.

“İndiyədək Qəzzanın şimalında yaxşı, davamlı və metodik irəliləyiş əldə etmişik. Biz döyüşlər aparmış, Qəzzanın şimalında HƏMAS-ın 11-12 batalyonunu vurub sıradan çıxarmışıq. Bu, yaxşı irəliləyişdir”, - deyə SAXAL sözçüsü vurğulayıb.

C.Konrikus əlavə edib ki, hələlik HƏMAS batalyonlarının hamısı sıradan çıxarılmayıb:


“Lakin bizim hərəkətlərimiz nəticəsində onların əsas döyüş qabiliyyətinə ciddi ziyan dəyib. HƏMAS-ın digər 12 batalyonu da var və onlar Qəzzanın mərkəzi və cənub bölgələrində qərarlaşıblar”, - deyə SAXAL sözçüsü bildirib.