15 May 2024
İsrail ordusu HƏMAS terrorçularına hava və artilleriya zərbələri ENDİRDİ

İsrail ordusu HƏMAS terrorçularına hava və artilleriya zərbələri ENDİRDİ

03 Noyabr 2023
Baxış: 440

Qəzza zolağında quru əməliyyatı zamanı İsrail Müdafiə Ordusu HƏMAS terrorçularının mövqelərinə havadan və artilleriyadan zərbələr endirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail silahlı qüvvələrinin bəyanatında deyilir.

“Quru qoşunları aviasiya və artilleriya ilə hücum edib. Terrorçular məhv edilib, bölmələr üçün təhlükə aradan qaldırılıb”, - deyə məlumatda deyilir.

Döyüş zamanı Qolan briqadasının 13-cü batalyonunun piyada bölmələri və 53-cü batalyonun zirehli texnikası Qəzza zolağında xeyli sayda düşmən qüvvələri ilə qarşılaşıb.

“Terrorçular onlara tank əleyhinə raketlər atıb, həmçinin kustar üsulla hazırlanmış partlayıcıları işə salıblar”, - deyə İsrail Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Mənbə: TASS