15 May 2024
İsrail ordusu Cəbaliyada 100-dən çox HƏMAS terrorçusunu MƏHV EDİB

İsrail ordusu Cəbaliyada 100-dən çox HƏMAS terrorçusunu MƏHV EDİB

25 Dekabr 2023
Baxış: 278

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında Cəbaliya qaçqın düşərgəsində keçirdiyi əməliyyat zamanı radikal Fələstinin HƏMAS hərəkatının 100-dən çox silahlısını məhv edib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə İsrail silahlı qüvvələrinin rəsmi nümayəndəsi Piter Lerner məlumat verib.

“HƏMAS-ın Cəbaliya düşərgəsindəki yeraltı infrastrukturu İsrail ordusunun əməliyyatı zamanı aşkarlanıb və məhv edilib”, - deyə o bildirib.

“Əməliyyat zamanı şiddətli döyüşlər olub və 100-dən çox terrorçu məhv edilib. Bundan başqa, yüzlərlə silah aşkar edilib və ələ keçirilib”, - deyə Lerner söyləyib.