14 May 2024
İsrail Nazirlər Kabineti Fələstini birtərəfli qaydada tanımaqdan imtina etdi

İsrail Nazirlər Kabineti Fələstini birtərəfli qaydada tanımaqdan imtina etdi

18 Fevral 2024
Baxış: 366

İsrail hökuməti həftəlik iclasında Baş nazir Benyamin Netanyahunun fələstinlilərlə münaqişənin həllinin yekun statusu və Fələstin dövlətinin tanınması ilə bağlı beynəlxalq ictimaiyyətin “diktəsini” rədd edən qətnaməni yekdilliklə təsdiqləyib.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə İsrailin Nazirlər Kabineti Aparatı bəyanat yayıb.
“Hökumət İsrailin beynəlxalq diktə ilə razılaşmaması ilə bağlı deklorativ qərarı yekdilliklə təsdiqləyib”, - bəyanatda deyilir.
Qətnamədə qeyd olunur ki, İsrail fələstinlilərlə daimi nizamlanma ilə bağlı beynəlxalq diktələri qəti şəkildə rədd edir:
“İsrail Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşı çıxmağa davam edəcək. 7 oktyabr qırğınından sonra belə bir tanınma misli görünməmiş terror aktı üçün böyük mükafat olacaq və gələcəkdə Fələstin-İsrail qarşıdurmasının sülh yolu ilə həllinə mane olacaq”.