14 May 2024
İsrail Müdafiə Qüvvələri diviziyalarından birini Qəzza zolağından ÇIXARDI

İsrail Müdafiə Qüvvələri diviziyalarından birini Qəzza zolağından ÇIXARDI

16 Yanvar 2024
Baxış: 359

İsrail Müdafiə Qüvvələri 36-cı diviziyasını Qəzza zolağından çıxarıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu addım şəxsi heyətin yenidən qruplaşdırılması və əlavə təlim keçilməsi məqsədilə atılıb.

Digər üç diviziya isə quru əməliyyatı zonasında qalacaq.

Məlumata görə, diviziyanın geri çəkilməsi İsrail Müdafiə Qüvvələrinin (IDF) HƏMAS-a qarşı uzunmüddətli müharibə planlarının bir hissəsidir və qoşunların döyüş qabiliyyətinin saxlanılması məqsədi daşıyır.

Diviziyanın bölmələrinə qısa fasilə veriləcək, sonra onlar təlim müddətində diviziyanın yerləşdiyi yerə qayıdacaqlar, bundan sonra IDF onun Qəzza zolağına qayıdıb-qayıtmayacağına dair qərar verəcək.

Qeyd edək ki, son iki ay ərzində 36-cı diviziya Qəzzanın şimalında fəaliyyət göstərib və HƏMAS-ın batalyonlarını məhv edib.

162-ci diviziya Qəzza zolağının şimalında qalır və HƏMAS infrastrukturunun aşkar edilməsi üzrə əməliyyatlar aparır, 99-cu diviziya mərkəzi bölgədə fəaliyyət göstərir, 98-ci diviziya isə Qəzzanın cənubundakı Xan-Yunis bölgəsində HƏMAS-a qarşı mübarizə aparır.

Mənbə: “Times of Israel”