08 May 2024
İsrail milli təhlükəsizlik naziri ictimai yerlərdən Fələstin bayraqlarının götürülməsini əmr edib

İsrail milli təhlükəsizlik naziri ictimai yerlərdən Fələstin bayraqlarının götürülməsini əmr edib

10 Yanvar 2023
Baxış: 368

İsrailin yeni ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir polisə Fələstin bayraqlarını ictimai yerlərdən götürməyi tapşırıb.

İsrail qanunları Fələstin bayraqlarını qadağan etmir, lakin polis və əsgərlərin ”ictimai asayiş üçün təhlükə olduğuna inandıqları zaman” bayraqları endirmək hüququ var.

Ben-Qvir Fələstin bayrağının dalğalanmasını “terrorizmə dəstək aktı” olaraq dəyərləndirib.

"Terrorçu bayraqları dalğalandıran, terrorizmə təhrik və təşviq edən qanun pozucuları ola bilməz, ona görə də mən ictimai məkandan terrorizmi dəstəkləyən bayraqların yığışdırılmasını və İsrailə qarşı təhriklərin dayandırılmasını əmr etdim",-deyə ultra-millətçi nazir söyləyib.

Musavat.com