10 May 2024
İsrail Livana ZƏRBƏ ENDİRDİ:  "Hizbullah"ın komandiri ÖLDÜ

İsrail Livana ZƏRBƏ ENDİRDİ: "Hizbullah"ın komandiri ÖLDÜ

08 Aprel 2024
Baxış: 309

İsrail Müdafiə Ordusu Hava Hücumundan Müdafiə Qüvvələrinin Livanın cənubunda yerləşən As-Sultaniyyə rayonuna endirdiyi zərbələr nəticəsində “Hizbullah”ın komandirlərindən biri də daxil olmaqla 3 döyüşçü ölüb.

AJMEDİA.İNFO xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, hava zərbəsi nəticəsində ölənlərdən biri “Hizbullah”ın “Raduan” xüsusi təyinatlı dəstəsinin komandiridir.

Məlumata görə, HƏMAS-İsrail müharibəsi başlayandan, oktyabrın 7-dən, ilk dəfədir bu rayona hava zərbələri endirilir.