08 May 2024
İsrail İranın nüvə silahı təhdidinə qarşı HAZIRLIQLARA BAŞLADI

İsrail İranın nüvə silahı təhdidinə qarşı HAZIRLIQLARA BAŞLADI

16 İyul 2021
Baxış: 581

İsrail İranın nüvə bombası sahəsində sıçrayış əldə etməsi ehtimalına və nüvə silahı təhdidinə qarşı hücum hazırlığına başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu iddia ilə İsrailin “Ynet” portalı çıxış edib.

Məlumata görə, İsrailin hərbi-siyasi isteblişmenti hazırda İran nüvə obyektlərinə qarşı hücum imkanlarını müzakirə edir. Hücum hazırlığı planının müzakirəsinə müdafiə naziri Benni Qantz, xarici işlər naziri Yair Lapid və maliyyə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi bildirilib. Qantz və Libermanın, xüsusilə, yaxın 5 ildə hərbi büdcəni artırmağı müzakirə etdiyi vurğulanıb.

Portal hazırkı hökumətin eks-baş nazir Benyamin Netanyahunu ordunun hazırlıq səviyyəsini aşağı salmaqda ittiham etdiyini yazıb. Belə ki, onun Trampa güvənərək hərəkət etdiyi və nəticədə İsrail ordusunun təkbaşına fəaliyyət imkanlarını aşağı saldığı bildirilib.(axar.az)