09 May 2024
İsrail “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirdi

İsrail “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirdi

10 Noyabr 2023
Baxış: 454

İsrailin Müdafiə Qüvvələri “Hizbullah”ın Livanın cənubundakı obyektlərinə zərbələr endirib.

AJMEDİA.İNFO “İnterfaks”a istinadən məlumatına görə, bu barədə ölkə hərbçiləri xəbər veriblər.

"Ötən gün ərzində İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq, Müdafia Orusu müddət əvvəl Livanda "Hizbullah" terror təşkilatının infrastrukturuna hücum ediblər. Bundan əlavə, İsrail Müdafiə Qüvvələri artilleriya və “Iron Sting” idarəolunan minaatan mərmisindən istifadə etməklə terrorçuların hədəflərinə hücum edib", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, hədəflər arasında “İsrailə qarşı terror həyata keçirmək üçün istifadə edilən terror bazaları və infrastrukturu, müşahidə məntəqələri və texnoloji avadanlıqlar” olub.

“Hizbullah”ın İsrailin şimalındakı Adamit bölgəsinə doğru tank əleyhinə raket atdığı da bildirilir. Ölən və yaralananlar barədə məlumat yoxdur.

İsrailin Müdafiə Qüvvələri raketin atıldığı yerə artilleriya zərbələri ilə cavab verdiyini bildirib.