14 May 2024
İsrail hərbi postu ATƏŞƏ TUTULDU

İsrail hərbi postu ATƏŞƏ TUTULDU

27 Dekabr 2021
Baxış: 525

Naməlum şəxslər İordan çayının qərb sahilində İsrail hərbi postunu atəşə tutub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bu yaxınlarda Yəhudeya və Samariyanın Nablus ərazisində (İordan çayının qərb sahilində) hərbi postu atəşə tutmağa cəhd edilib.

Atışma Nablus istiqamətindən hərəkət edən avtomobildən həyata keçirilib”,- deyə məlumatda bildirilir. Yaralılar barədə məlumat yoxdur.

Ərazidə onlarla mərmi gilizləri tapılıb, şübhəlilərin axtarışını davam etdirir.

Teqlər: İsrail