13 May 2024
İsrail Hərbi Dəniz Qüvvələri HƏMAS-ın hərbi-dəniz düşərgəsinə zərbələr endirdi

İsrail Hərbi Dəniz Qüvvələri HƏMAS-ın hərbi-dəniz düşərgəsinə zərbələr endirdi

14 Noyabr 2023
Baxış: 479

İsrail donanması Fələstinin HƏMAS terror təşkilatının təlim və silah saxlamaq üçün istifadə edilən hərbi düşərgəsinə hücum edib.

AJMEDİA.İNFO Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

Qeyd olunur ki, yaraqlıların düşərgəsinə hücum noyabrın 14-nə keçən gecə həyata keçirilib.

SAXAL həmçinin gün ərzində 200 hədəfin, o cümlədən silah istehsalı müəssisələri, tank əleyhinə raket buraxılış qurğuları və radikalların rəhbərlik mərkəzlərinin vurulduğunu bildirib.