15 May 2024
İsrail HƏMAS-ın təklifini rədd etdi

İsrail HƏMAS-ın təklifini rədd etdi

22 Yanvar 2024
Baxış: 535

İsrail HƏMAS-ın anklavda saxlanılan bütün israilli girovların azad edilməsi müqabilində Qəzza zolağında hərbi əməliyyatların dayandırılması təklifini rədd edir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“HƏMAS qaçırılanların azad edilməsi müqabilində müharibənin bitməsini, qüvvələrimizin Qəzzadan çıxarılmasını, Nuxbadan (HƏMAS-ın xüsusi bölməsi - red.) bütün qatillərin və təcavüzkarların azad edilməsini və HƏMAS-a toxunulmazlıq tələb edir. Bununla razılaşsaq, hərbçilərimizin ölümü əbəs olacaq, buna razı olsaq, vətəndaşlarımızın təhlükəsizliyinə təminat verə bilməyəcəyik”, - nazir bildirib.