14 May 2024
İsrail gəmisi Ərəbistan dənizində HÜCUM: 2 nəfər QƏTLƏ YETİRİLDİ

İsrail gəmisi Ərəbistan dənizində HÜCUM: 2 nəfər QƏTLƏ YETİRİLDİ

30 İyul 2021
Baxış: 753

Ərəbistan dənizində Liberiya bayrağı altında üzən, İsrailin “Zodiac Maritime LTD” şirkətinin idarəçiliyində olan “Mercer Street” tankeri hücuma məruz qalıb.

AJMEDİA.İNFO AP-yə istinadən xəbər verir ki, tanker Omana məxsus Məsirah adası yaxınlığında atəşə tutulub, nəticədə Böyük Britaniya və Rumıniya vətəndaşı olan iki nəfər heyət üzvü öldürülüb.

"Zodiac Maritime" şirkəti gəminin Darəssalamdan (Tanzaniya) Birləşmiş Ərəb Əmirliklərinin Fucəyrah limanına yüksüz getdiyini bildirib.

“Dryad Global” portalı gəminin drondan atəşə tutulduğu ehtimalını irəli sürüb.(report)