10 May 2024
İsrail-Fələstin münaqişəsini həll etməyin vaxtı çatıb - BMT

İsrail-Fələstin münaqişəsini həll etməyin vaxtı çatıb - BMT

30 Sentyabr 2021
Baxış: 517

İsrail və Fələstin arasında sülh müzakirələrini canlandırmağın vaxtı çatıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri BMT-nin Yaxın Şərq üzrə sülh prosesi koordinatoru Tor Vennesland deyib.

BMT rəsmisi İsrail və Fələstin hakimiyyəti arasındakı yüksək səviyyəli təmasları və İsrail hökumətinin Fələstinə iqtisadi təzyiqi azaltmaq üçün atdığı addımları alqışladığını söyləyib:

"Bir daha tərəfləri, bölgə ölkələrini və beynəlxalq birliyi sülhə aparacaq faydalı addımlar atmağa çağırıram".(axar.az)