10 May 2024
İsrail əleyhinə paylaşım edən fələstinli model ÜZR İSTƏDİ: “Peşmanam...”

İsrail əleyhinə paylaşım edən fələstinli model ÜZR İSTƏDİ: “Peşmanam...”

29 Noyabr 2023
Baxış: 362

Ata tərəfdən fələstinli olan model Gigi Hadid son paylaşımını silməsinə baxmayaraq, qınaqlara tuş gəlib. O, yazdıqlarını sildikdən sonra “peşmanam” açıqlamasını verməyə məcbur olub.

AJMEDİA.İNFO xəbər verir ki, İsrail-Fələstin münaqişəsində açıq şəkildə Fələstini dəstəkləyən 28 yaşlı supermodel Gigi Hadidin narazılıq doğuran və sonradan sildiyi paylaşım bu məzmunda oub: "İsrail dünyada uşaqları hərbi əsir kimi saxlayan yeganə ölkədir".

Amerikalı musiqi prodüseri Skuter Braun və israilli model Bar Refaelinin paylaşımı tənqid etməsi, eləcə də paylaşıma çoxsaylı etirazlar rəylərinin yazılmasından sonra Hadid bu paylaşımı edib:

"Fələstinəsilli biri olaraq Qəzzadən gələn xəbərləri və görüntüləri görmək çox ağrılıdır. Fələstinlilərin çəkdiyi çətinlikləri göstərən real hekayələri paylaşmaq mənim üçün çox vacibdir. Amma keçən həftəsonu hesabımda yerləşdirməzdən əvvəl kifayət qədər düşünmədiyim bir yazı paylaşmışdım. Buna görə peşmanam. Məqsədim insan haqlarını vurğulamaq idi. Yəhudilər də daxil olmaqla heç bir insana zərər vermək düzgün deyil”.