"Real" - "Bavariya" oyununda hakimdən biabırçı səhv - FOTO
43 dəqiqə əvvəlİsrail BMT-dəki daimi nümayəndəsini geri çağırıb
05 Mart 2024
Baxış: 387
İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan məsləhətləşmələr üçün Nyu-Yorkdan geri çağırılıb.
AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz "X" səhifəsində yazıb.
Nazir bildirib ki, bu qərar BMT-nin 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının silahlı tərəfdarları tərəfindən törədilmiş cinsi zorakılığa dair hesabatı susdurmağa çalışması səbəbindən qəbul edilib.
İsrailli nazirin sözlərinə görə, BMT-nin baş katibi Antoniu Quterreş bu hesabata lazımi diqqət yetirməyib və onun müzakirəsi üçün Təhlükəsizlik Şurasının iclasını çağırmayıb.
Rəsmi Təl-Əviv qeyd edir ki, sözügedən hücum sərhədyanı kəndlərin əhalisinə qarşı çoxsaylı cinsi zorakılıq halları ilə müşayiət olunub.