28 İyun 2024
İspaniya, İrlandiya və Norveç Fələstini müstəqil dövlət kimi RƏSMƏN TANIDI

İspaniya, İrlandiya və Norveç Fələstini müstəqil dövlət kimi RƏSMƏN TANIDI

28 May 2024
Baxış: 286

İspaniyanın ardınca İrlandiya və Norveç də Fələstini müstəqil dövlət kimi rəsmən tanıdığını bəyan edib.

AJMEDİA.İNFO-nun məlumatına görə, İrlandiyanın Baş naziri Saymon Harris bildirib ki, Dublinin verdiyi bu qərar çox mühümdür və dünyaya mesaj olmalıdır.

Öz növbəsində Norveçin xarici işlər naziri Espen Bart Eide açıqlamasında bildirib ki, Oslo 30 ildən artıqdır ki, Fələstin dövlətinin yaradılmasının ən fəal tərəfdarlarından biri olub.

Qeyd edək ki, İspaniya hökuməti Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb.

Bunu krallığın Baş naziri Pedro Sançes deyib.

"Beləliklə, İspaniya Fələstini tanıyan dünyanın 140-dan çox ölkəsinin sırasına qoşulur. Fələstinin tanınması tarixi bir qərardır və yeganə məqsədi İsrail ilə Fələstin arasında sülhü təşviq etməkdir", - Pedro Sançes bildirib.

İspaniyanın Baş naziri vurğulayıb ki, Şərqi Qüds müstəqil Fələstinin paytaxtına çevrilməli, Qəzza zolağı və İordan çayının qərb sahili vahid Fələstin milli hökumətinin nəzarəti altında olmalıdır. Sançes Qəzza ilə İordan çayının qərb sahilini birləşdirən dəhlizə ehtiyac olduğunu da qeyd edib. (oxu.az)