12 May 2024
İş adamına silahlı HÜCUM: Avtomobilindən düşəndə... - ŞOK TƏFƏRRÜAT

İş adamına silahlı HÜCUM: Avtomobilindən düşəndə... - ŞOK TƏFƏRRÜAT

05 Yanvar 2024
Baxış: 418

Türkiyədə iş adamı öldürülüb.

AJMEDİA.İNFO yerli mediaya istinadən xəbər verir ki, hadisə İstanbulun Başakşehir qəsəbəsində baş verib. Abdülkadir Altuğrul yaşadığı binanın həyətində avtomobilindən düşərkən naməlum şəxsin silahlı hücumuna məruz qalıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım həkimləri onun öldüyünü müəyyən ediblər.

Polisin keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən 1 nəfər saxlanılıb.