07 May 2024
"İranla nüvə danışıqlarında güzəştə getməyə hazırıq" - ABŞ

"İranla nüvə danışıqlarında güzəştə getməyə hazırıq" - ABŞ

26 Avqust 2021
Baxış: 555

Tehran güzəştə hazır olduğu təqdirdə Vaşinqton da çətin məsələlərdə güzəştə gedə bilər.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İranla nüvə danışıqlarında ABŞ nümayəndəsi Robert Malley deyib.

O, İranın realist bir yanaşma ilə danışıqlar masasına dönəcəyinə ümid etdiyini bildirib.

ABŞ, Rusiya və Avropa İttifaqı İranın yeni seçilmiş prezidentinin diplomatları ilə Vyanada keçiriləcək 7-ci görüşün siqnalını gözləyir.

Nüvə danışıqları dayandığı üçün neft investorları İranın bu il qlobal neft bazarına qayıtmasına istiqamətlənmiş gözləntilərini də aşağı salıblar. Razılaşma olarsa, Tehranın bir neçə ay ərzində gündəlik hasilatı təxminən 1 milyon barel artıracağı gözlənilir.(teleqraf.com)