14 May 2024
İranın yeni Prezidenti Qarabağa görə İlham Əliyevi TƏBRİK ETDİ

İranın yeni Prezidenti Qarabağa görə İlham Əliyevi TƏBRİK ETDİ

15 İyul 2021
Baxış: 595

İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisi işğal olunmuş ərazilərin azad edilərək Azərbaycanın öz milli hakimiyyətini bu ərazilərdə bərpa etməsi və dövlət sərhədlərinə nəzarətin təmin olunması münasibətilə Azərbaycan Prezident İlham Əliyevi təbrik edib.

AJMEDİA.İNFO bildirir ki, bununla bağlı İranın Azərbaycandakı Səfirliyi “Twitter” hesabında paylaşım edib.

Seyid İbrahim Rəisi bildirib ki, iki dost, qardaş və qonşu ölkənin əlaqələri xalqlarımızım qardaşlıq bağlarına, ortaq mədəniyyətinə və tarixinə söykənir.

İranın yeni seçilmiş prezidentinin sözlərinə görə, yeni fürsətlərdən faydalanaraq və məsləhətləşmə yolu ilə əməkdaşlıq yüksələn templə inkişaf edəcək, bölgədə sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.