14 May 2024
İranın daxili işlər naziri Xudafərindən Azərbaycanı təhdid etdi

İranın daxili işlər naziri Xudafərindən Azərbaycanı təhdid etdi

11 İyun 2023
Baxış: 465

İranın Daxili İşlər naziri Əhməd Vahidi Azərbaycan Respublikası sərhədində ölkəmizə qarşı təhdid və istehzalar səsləndirib.

Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, Əhməd Vahidi prezident və nümayəndə heyəti üzvlərinin Təbrizə səfərinin ikinci günü (9 iyun) İran və Azərbaycan Respublikası sərhədində yerləşən “Xudafərin” və “Qızıl qalası” bəndlərinə baş çəkib.

Bu səfər zamanı Əhməd Vahidi Bakıya üstüörtülü xəbərdarlıq edərək deyib: "Azərbaycan Respublikasının İran hökumətindən yaxşı dostu olmayacaq. İslam Respublikası ilə düşmənçilik edən hər kəs uduzmuş olar".

Qeyd edək ki, Azərbaycan İrana qarşı heç zaman təhdid, qonşuluq prinsiplərinə zidd addım atılmayıb. İran isə bunun əksinə olaraq hər zaman Ermənistana açıq və gizli dəstəyini nümayiş etdirib. Bununla yanaşı, İranın ekspertləri, keçmiş səfirləri və bir sıra dövlət nümayəndələri tərəfindən son zamanlar Azərbaycana qarşı təhdid dolu fikirlər səsləndirilir. Dostluqdan danışan İran özü dost olmaq istəmir...