15 May 2024
İrandan ABŞ-la bağlı İNANILMAZ ADDIM: "Razılaşmağa hazırıq"

İrandan ABŞ-la bağlı İNANILMAZ ADDIM: "Razılaşmağa hazırıq"

25 Mart 2022
Baxış: 649

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rəsmi səfərdə olduğu Livanda “ABŞ ilə güclü nüvə razılaşmasına hazır olduqlarını” bildirib.


AJMEDİA.İNFO xəbər verir ki, Suriyadakı təmaslarından sonra iki günlük səfər üçün Beyruta gələn Abdullahiyan Livanın xarici işlər naziri Abdullah Buhabib ilə görüşüb.

Abdullahiyan görüşdən sonra Livanın dövlət televiziyasında yayımlanan çıxışında İranın nüvə proqramı ilə bağlı danışıqlara və onun regiona əks olunmasına toxunub.

O, İranın razılaşma üçün danışıqlar apardığı ölkələrlə razılığa gəlməsinin bütün regionun maraqlarına uyğun olacağını bəyan edib.

Ölkəsinin davamlı, güclü və yaxşı bir razılaşmaya hazır olduğunu ifadə edən Abdullahiyan “Ancaq biz İranın qırmızı xətlərini keçməsini qəbul etməyəcəyik” dedi.