14 May 2024
İrandakı kütləvi etirazların SƏBƏBLƏRİ - ŞƏRH

İrandakı kütləvi etirazların SƏBƏBLƏRİ - ŞƏRH

26 Sentyabr 2022
Baxış: 435

İranda kütləvi etirazların sonuncu raundu 22 yaşlı qadın Məhsa Əmininin ölümü ilə bağlı başlayıb. O, sentyabrın 16-da İranın ictimai yerlərdə məcburi örtünmə qaydalarını pozduğuna görə qondarma əxlaq polisinin əli ilə vəfat edib.


Əmininin faciəvi ölümü Tehrandakı islamçı hökmdarların İran xalqının tələblərini necə eşitmədiyini bir daha xatırladır. Məcburi örtük və ya hicaba qarşı çıxmaq ictimai narazılıqların uzun siyahısından biridir.


Aminin ölümünə səbəb olan zorakılıq təsadüfi deyildi. Bu, İranın ali lideri Əli Xamneyinin istənilən siyasi müxalifliyə münasibətinin bir hissəsidir. O, zorakı repressiyaların etirazçıları geri çəkilməyə sövq edəcəyinə inanmaqda davam edir. Lakin onun siyasət seçimləri yalnız İslam Respublikasına qarşı ictimai qəzəbi dərinləşdirir. Xamneyi təkcə İran xalqını rejimə qarşı təhrik etmir, həm də məcburi hicab taxmaqda israr etməsi islam ruhani təbəqəsini parçalayır.
İran təhlükəsizlik qüvvələrinin həbsdə olan gənc qadının ölümündən sonra bir həftədən çox davam edən etirazları yatırması nəticəsində ölənlərin sayı təxminən iki dəfə artaraq 35-ə çatıb.
Qəzəbli nümayişçilər 22 yaşlı Məhsa Əmininin ölümündən sonra düz səkkiz gecədir ki, paytaxt Tehran da daxil olmaqla, İranın böyük şəhərlərində küçələrə çıxıblar.


Bildiyimiz kimi İranda yalnız indi deyil 2019-cu ildə də kütləvi narazılıqlar olmuşdu. Bu xalq hərəkatının yaranmasının səbəblərindən biri də İranda olan sosial-iqtisadi vəziyyətin aşağı səviyyədə olmasıdır . Bundan başqa insan hüquqlarının pozulması, sosial şəbəkə qadağaları xalq hərəkatına təkan verən səbəblərdir.


Neft yataqları ilə zəngin olan İran ölkə daxilində olan sosial problemləri aradan qaldırmaq əvəzinə terror qruplaşmalarına pul verərək onları maliyyələşdirir. Görünən odur ki, hökumət total nəzarət edərək xalqı nəzarət altında saxlamaqda çətinlik çəkir. İran cəmiyyəti artıq dini qaydalarla idarə olunan dövlətdə deyil, hüquqi-dünyəvi dövlətdə yaşamaq istəyir. Qadın geyimi ilə bağlı daha sərt qaydaların mövcud olduğu Taliban dövründə Əfqanıstandan başqa, İran bu gün dünyada məcburi hicabla bağlı qanunun mövcud olduğu yeganə ölkədir. Rejimə kursu dəyişmək üçün hər cür təzyiqlər olacaq. Amma Xamneyi sağ olduğu müddətcə bu, çox çətin olacaq.
ABŞ dövlət katibi Antoni Blinken deyib ki, yeni tədbirlər “İran hökumətinin öz vətəndaşlarını izləmək və senzura etmək səylərinə qarşı durmağa kömək edəcək”

Rüstəm Tağızadə,politoloq

AJMEDİA.İNFO